“Strategy Analytics” analitik şirkətinin tədqiqatına əsasən, 2016-cı ilin III kvartalında 10 satılmış smartfonlardan 9-u Android əməliyyat sisteminə aiddir– CNN Money bildirir. Hesabat dövrü ərzində 375,4 milyon smartfon satılıb. Onlardan 87,5%-i (və ya 328,6 milon cihaz) Android əməliyyat sisteminin idarəsi altında, və yalnız 12,1%-i (və ya 45,5 milyon cihaz) iOS əməliyyat sisteminin idarəsi altında işləyir. Digər əməliyyat sistemlərinin payına satışdan cəmi 0,3% düşür.
Keçən ilin III kvartalı ilə müqayisədə Android satış göstəricilərini 12,1% yaxşılaşdırdı. Bu, qismən BlackBerry ( NASDAQ: BlackBerry `BBRY`) şirkəti tərəfindən smartfonların istehsalının dayandırılmasıyla bağlıdır. Lakin bununla birlikdə “Strategy Analytics”-in tədqiqatında qeyd edilir ki, Apple (NASDAQ: Apple `AAPL`) əməliyyat sistemi ABŞ-da aparıcı mövqe tutur: smartfonların 44%-i iOS əməliyyat sisteminin idarəsi altında işləyir.
“Smartfonlar dünya bazarında “Android”in liderliyi hal-hazırda danılmaz görünür. Ucuz xidmətlər və rahat proqram təminatı dünya üzrə onu istehsalçılar, operatorlar və istehlakçılar üçün xüsusilə cəlbedici edir.”
– “Strategy Analytics”in rəhbəri Vudi O bildirir.
insider.pro©