III kvartalda “Amazon”un(NASDAQ: Amazon.com `AMZN`) gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 29% artaraq 32,7 milyard dollar təşkil etdi – şirkət bildirir.
“Amazon”un xalis mənfəəti 252 milyon dollara qədər və ya bir aksiyası 0,52 dollara qədər yüksəldi. “Amazon Web Services”in gəliri 55% artaraq 3,23 milyard dollara çatdı.
Şirkətinin baş direktoru və banisi Ceff Bezos “Alexa” adlı səs köməkçisinin rolunu ayrıca olaraq qeyd etdi:
“Alexa “Amazon” un ən sevimli ixtirası ola bilər. Bu servis tədricən daha da yaxşılaşır. “Alexa”nın “beyni” buludda olduğuna görə, biz tədricən yeni-yeni funksiyalar əlavə edə və onları daha da yaxşılaşdıra bilərik”.
Hesabatın nəşrindən sonra “Amazon”un səhmləri 6,09% aşağı düşdü. Hərracın sonunda şirkətin bir səhminin qiyməti 818,36 $ təşkil edirdi.
ru.insider.pro©
“Amazon”un gəliri 29% artdı
15:16
31 Okt 2016