Azərbaycan İpoteka Fondun vəsaitindən “AGBank”ın ipoteka portfeli 50,9 mln. manat həcmində qiymətləndirilir. Bu barədə bankdan məlumat verilib.
“Martın əvvəlinə bankın ipoteka portfeli 50,9 mln. manat həcmində qiymətləndirilir. İndiyədək bank kommersiya və sosial şərtlərlə 1,6 mindən artıq kredit verib. Hazırda fəal ipoteka kreditlərinin sayı 1,516 min təşkil edir”, - deyə məlumatda deyilir.
Qeyd olunur ki, ötən il ipoteka kreditlərinin verilməsi bərpa edilib (AİF-in vəsaitindən). “2016-cı ildən etibarən 28 fevral 2017-ci il tarixinə bank tərəfindən 4 mln. manatdan artıq məblğində ipoteka kreditləri verilib”, - deyə məlumatda vurğulanır.
“AGBank” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarlarının ümumi sayı 85 nəfər təşkil edir. 84 minoritar səhmdarın kapitalda payı 68,32% təşkil edir.