Gömrükçülər külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıb.
Bu barədə Fed.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstan Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşı Muxtarov Qadir Maarif  oğlunun idarə etdiyi “Mercedes E class” markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə  idarənin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 ABŞ dolları aşkar edilərək götürülüb.
 
Hazırda faktla bağlı araşdırma aparılır.
 
                                                    
                                                    
                    Külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb
 
                            
                            
                        
                            12:37
                            13 Okt 2016
                        
                        

 
            

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








