Kriptovalyuta bazarı yenidən ucuzlaşır. FED.az xəbər verir ki, kriptovalyutaların büyük əksəriyyətində bahalaşma qeyd olunsada, azərbaycanlıların daha çox yatırım etdikləri Bitcoin, Ethereum və Bitcoin Cash qiymətdən düşür.
İyulun 2-ə olan məlumatlara görə, əsas kriptovalyuta sayılan bitkoinin qiyməti 0,67% ucuzlaşaraq 6 326 dollara,«Ethereum» 1,04% ucuzlaşaraq 448 dollara, «Ripple» 0,05% ucuzlaşaraq 46 sentə, «Bitcoin Cash» isə 0,69% ucuzlaşaraq 731 dollara enib.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri $254 838 998 856-dır.
Kriptovalyutalar yenə ucuzlaşdı - QİYMƏT
09:12
2 İyul 2018