Kriptovalyuta bazarında qiymətlər qırmızı rəngə boyanıb.
FED.az xəbər verir ki, dünya bazarında ticarət edilən 100 rəqəmsal puldan 93-nün qiymətli düşüb. Ucuzlaşma kriptovalyutalar arasında daha çoxdur.
Bitcoinin 4,35% ucuzlaşaraq 5 850 dollara enib. Bitkoinlə yanaşı, digər əsas kriptovalyutalardan «Ethereum» 5,36% ucuzlaşaraq 411 dollara, «Bitcoin cash» isə 7,82% dəyərsizləşərək 653 dollara düşüb.
Ümumilikdə son 1 gün ərzində yalnız 6 kriptovalyuta bahalaşıb. Bu bazara yatırılan investisiyanın ümumi məbləği isə $233 230 097 509 qədər kiçilib.
Kriptovalyuta bazarında – UCUZLAŞMA
09:51
29 İyun 2018