"Son 5 ildə Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə, təxminən, 300 mln. manat vəsait xərcləyib. Bunun 49,8%-i yeni proqramların alınmasına sərf olunub".
FED.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.
"Bank sektoru və maliyyə bazarları informasiya texnlogialarının tətbiqində də ön sıralarda dayanır", - o qeyd edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda da kriptovalyuta ilə əməliyyatlar mövcuddur, amma rəqəmsal pullara münasibət birmənalı deyil: "Bu, istifadəçilər üçün rahatdır, dövlətlər üçün isə narahatlıq doğurur. Kriptovalyuta bazarı böyüyür, payını artırır, lakin gələcəyi bilmək olmaz".