Bazar ertəsi dollar qalxdı və bununla da o, aylıq artım nümayiş etdirəcəkdi; lakin Hillari Klintonun ABŞ-dakı prezident seçkilərində qalib gələcəyinə dair investorlarda bir sıra şübhələr oyandığından dollar öz maksimumundan uzaqlaşmağa başladı. Şübhələr isə FRB-nin demokratlar partiyasının namizədi H.Klintonun elektron poçtundakı sızmaların araşdırılmasına dair prosesi yenidən başlaması fonunda yarandı.
Saat 9.56-da dollar indeksi 0.07% yığaraq 98,414-ə çatdı, lakin bu göstərici keçən çərşənbə axşamı günü olan 9 aylıq maksimumundan (99,119) aşağı idi.
Federal Araşdırmalar Bürosunun direktoru (FRB) Ceyms Kominin bəyanatından sonra cümə günü dollar zəiflədi. Komi dedi ki, onun bürosu dövlət xidməti zamanı elektron poçtun fərdi serverindən Klintonun istifadə etməsi barədə istintaqın davam etdirilməsi ilə bağlı yeni məlumatları araşdırır.
Bu xəbərdən sonra bazarlar belə qənaətə gəldilər ki, bu xəbər Klintonun rəqibi Respublikaçılar partiyasından olan namizəd Donald Trampa qalib gəlmək üstünlüyü verəcəkdir. Qeyd edək ki, əvvəllər Tramp Klintondan geri qalırdı, lakin xəbər yayılandan sonra artıq son bir neçə gündür ki, onun şansları daha da artıb. Buna ictimaiyyət arasında aparılan sorğu da dəlalət edir.
"Klintonun elektron poçtu ilə bağlı problem davamlı problemdir və onun həlli gələn həftə keçiriləcək seçkilər ərəfəsində çətin ki mümkün olsun" deyə Gaitame.Com-dan Kumiko İsikava bildirmişdi.
"Buna görə də investorlar çətin ki, risk etsin; habelə, yeni faktorlar ortaya çıxmazsa, dolları satmaq heç də asan olmayacaqdır" deyə o, bildirmişdi.
investing.com©