İstanbulun Sabiha Gökçen hava limanı tamamilə özəlləşdirilir.
Trendin "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin milli müdafiə naziri Fikri İşıq deyib.
Nazir Sabiha Gökçen hava limanının satışından əldə ediləcək vəsaitin Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarına sərf olunacağını bildirib.