İcbari Sığorta Bürosunun (İSB) informasiya texnologiyaları üzrə layihə meneceri Nizami Kərimov işdən çıxıb.
FED.az xəbər verir ki, bürodan verilən məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb.
Xatırladaq ki, N.Kərimov 2011-ci ildə İSB yaradılandan burada çalışırdı. Onun öz istəyi ilə vəzifəsindən azad edildiyi bildirilir.