İraq Mərkəzi Bankı hökumətdən Rusiya ilə maliyyə sektorunda əməkdaşlığa dair yeni müqavilə imzalamamağı və mövcud əməkdaşlığa son qoymağı tələb edib.
Eləcə də bax: Dünya Bankı Rusiya və Belarusda proqramlarını - DAYANDIRIB
FED.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Tənzimləyici qurumdan İraqın Baş Nazirinin katibliyinə göndərilən məktubda bildirilir ki, Ukraynadakı vəziyyətlə əlaqədar ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın maliyyə və iqtisadi qurumlarına qarşı sanksiyalar tətbiq edib: "İraqın maliyyə sistemini qorumaq üçün Rusiya ilə istənilən maliyyə razılaşmasına son qoyulmasını tələb edirik".
İraq hökuməti hələlik müraciətlə ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, Rusiya şirkətləri İraqın neft sektoruna böyük məbləğdə investisiyalar qoyub. (Report)