İran tərəfi "Caspian Pharmed" əczaçılıq zavoduna 11 milyon dollardan çox sərmayə yatıracaq.
FED.az Azertag-a istinasən xəbər verir ki, bu sözləri İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əsas hədəf zavod istehsala başlayandan sonra Azərbaycanın dərman idxalından asılılığını aradan qaldırmaqdır. Gələcəkdə qonşu ölkələrə - Rusiyaya, Gürcüstana, Qazaxıstana və Mərkəzi Asiya ölkələrinə 1 milyon dollar dəyərində müxtəlif dərmanlar ixrac ediləcək.
Azərbaycanla əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsini vurğulayan nazir qeyd edib ki, turizm, yol infrastrukturu və iqtisadiyyatın digər sahələrində birgə fəaliyyət nəzərdə tutulub.