Bu günə qədər “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə 800 152 760 manat məbləğində ipoteka krediti verilib.
Dövlət büdcəsi vəsaiti hesabına ipoteka kreditlərini 19 112 nəfər alıb.
Başqa sözlə, adambaşına 41 866,51 manat kredit verilib.
Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.