27 yanvar tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu» ASC – nin (AİF) AZ2010008681 dövlət qeydiyyat nömrəli, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.
BFB-dan FED.az-a verilən məlumata görə, istiqrazların buraxılış parametrləri aşağıdakılardır:
| Dövlət qeydiyyat №-si | AZ2010008681 |
| Hərraca çıxarılan həcm | 10 000 000 AZN |
| İstiqrazların nominal dəyəri | 1000 АZN |
| İstiqrazların tədavül müddəti | 3600 gün |
| İstiqrazlar üzrə gəlirlilik | 3 % |
İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1000 AZN təşkil edəcəkdir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.












