Yaponiyada ticarət sessiyasının açılışında dollar 1% ucuzlaşıb. "Reuters" agentliyinin yaydığı məlumata görə, buna səbəb investorlar tərəfindən gəlirlərin fiksə olunmasıdır. Belə ki, ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiyasından sonra dolların kəskin bahalaşması nəticəsində investorlar xeyli gəlir əldə edib.
Hazırda 1 dollar 113,43 yenə bərabərdir. Ötən həftənin cümə günü ticarət sessiyasının yekununda dolların məzənnəsi 113,5 yen təşkil edib.