"InvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Ötən həftə ABŞ-da proqnozların altında açıqlanan inflyasiya göstəricilərindən sonra Federal Ehtiyatlar Sisteminin ultra-şahin monetar siyasətini yumşaldacağı ehtimalları dollar indeksinin də 104 bənd hədlərinə qədər düşməsinə səbəb oldu. Nəticədə dollar major valyutalar qaşısında kəskin ucuzlaşdı. Təhlillərə əsasən, dollar indeksindəki geriləmə davam edərsə, 1 EUR 1.04 USD hədlərinə qədər bahalaşa bilər.
GBP
GBPUSD məzənnəsi də ötən həftə ciddi artımlarla yadda qaldı. Dollara azalan tələb fonunda funt sterlinq dollar qarşısında 1.23$ hədlərinə qədər bahalaşa bilər.
Bu həftə İngiltərədə və Avrozonada açıqlanacaq inflyasiya dərəcəsi, iqtisadi inkişaf səviyyəsi və əmək bazarına dair statistik məlumatlar, həmçinin Amerikada dərc olunacaq önəmli makroiqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaqdır.
TRY
Ötən həftə dolların zəifləməsi fonunda USDTRY məzənnəsində artım tendensiyası bir qədər səngisə də “buğa”ların üstünlüyü davam edir. 18.00TL həddi qırılacağı təqdirdə qiymətin 18.29TL-yə qədər bahalaşması ehtimal olunur. Bu həftə TCMB-nin faiz qərarı da investorlar tərəfindən maraqla gözlənilir.
OIL
Ötən həftə 96$ hədlərinə qədər ucuzlaşan “Brent” nefti buradan dəstək alaraq yenidən bahalaşdı və həftəni 100$ səviyyəsi üzərində tamamladı. OİLUK-in bir barel üzrə qiyməti 103$-ın üzərində möhkəmlənə bilsə, 108$-a kimi bahalaşa bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Artan geosiyasi risklər və zifləyən dollar fonunda qızıl aktuallığını qoruyur. Dollar indeksindəki geriləmə davam edərsə, qızıl 1841$-a (59.19$/qram) kimi bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti”nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır