Intel (NASDAQ: Intel `INTC`) kompyuterlər üçün çip istehsalı hüdudlarından kənara çıxmaq niyyətindədir. Bu məqsədlə şirkət VR-tərtibatçısı Voke şirkətini alır. Bu barədə "The Wall Street Journal" jurnalı yazır. Hələlik sözləşmənin maliyyə şərtləri açıqlanmır.
Qeyd edək ki, Voke elə də böyük olmayan bir şirkətdir və bu şirkət canlı kadrlara əsaslanan virtual reallığın yaradılma texnologiyalarının tərtib edilməsi üzrə ixtisaslaşmışdır. Bir çox VR-tərtibatçıları animasiyadan istifadə etdiyi halda, Voke şirkəti TrueVR adlı sistem yaratmışdı ki, bu sistem qoşalaşmış kameralar və proqram təminatının bir neçə dəstindən istifadə edir ki, onlar da öz növbəsində təsvirləri real vaxtda tutmaq imkanı və məkanda olmanı tam şəkildə hiss etmək, yəni məkanda tam iştirak hissini təqlid etmək imkanı verir.
Hazırda Voke bir neçə yayım şirkəti ilə əməkdaşlıq edir və basketbol oyunları, moda göstərişləri kimi tədbirləri yayımlayır.
ru.insider.pro©
Intel şirkəti virtual reallıq aləminin tərtibatçısı olan Voke şirkətini aldı
10:39
4 Noy 2016