2017-ci ilin birinci rübündə Bakıda mənzillərin orta qiyməti ikinci mənzil bazarında əvvəlki rüb ilə müqayisədə 2,3 faiz (1 kvadrat metr üçün 1030 dollara qədər) ucuzlaşıb.
FED.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin hesabatında deyilir.
Məlumata əsasən, ekonom-klass mənzillərin qiyməti ikinci mənzil bazarında 3 faiz ucuzlaşıb (1 kvadrat metr üçün 818 dollara qədər), komfort və biznes klass üçün, əksinə, cüzi bahalaşıb. Beləliklə, komfort-klass mənzillərin qiyməti 1 kvadrat metr üçün 1417 dollara (rüb ərzində 0,35 faiz artıb), biznes-klass mənzillərin isə 1 kvadrat metr üçün 2231 dollara çatıb (rüb ərzində 1,38 faiz artıb).
Cəmi yanvar-mart aylarında satışa 7,39 min mənzil satışa qoyulub və bu 2016-ci ilin dördüncü rübündən 4,41 faiz azdır. Satışa çıxarılan mənzillərin sayının azalmasına baxmayaraq onların alqı-satqısı üzrə əqdlərin həcmi rüb ərzində cüzi artıb (2,45 faiz, 2534 əqdə qədər).
Bakının ikinci mənzil bazarında satışa çıxarılan mənzillərin, siniflər üzrə müqayisəli cədvəli (2017-ci ilin I rübü 2016-cı ilin IV rübü ilə müqayisədə)
Mənzillərin sinifləri |
Təkliflərin sayı |
Dəyişikliklər (%) |
İkinci bazarda pay (%) |
Ekonom-klass |
5 320 |
+1,78 |
72 |
Komfort-klass |
1 551 |
-0,76 |
21 |
Biznes-klass |
519 |
-1 |
7 |
Cəmi |
7 390 |
-4,41 |
100 |
İkinci bazarda təklif olunan mənzillərin çoxu (30,48%) üçotaqlı mənzillərdir, sonra isə ikiotaqlı (29,49%), dördotaqlı (11,57%) və birotaqlı (14,3%). Beşotaqlı və daha çox otaqlı mənzillərin payına 8,16 faiz təkliflər düşür.