2017-ci ilin birinci rübündə Azərbaycan əhalisinin nominal pul gəlirləri 11 mlrd. 362,1 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 6,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Martın yekunları üzrə orta illik inflyasiya 13,2% təşkil edib.
Statistik məlumatlara görə, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 5,5% - 1,171 min manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 10 mlrd. 449,6 mln. manat qalır ki, bu da 2016-cı ilin yanvar-mart aylarının göstəricisindən 6,9% çoxdur.
2016-cı ildə əhalinin nominal pul gəlirləri 8,7% artıb.