2017-ci ilin fevral ayının 1-dən etibarən “Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi” (AZIPS) və “Xırda Ödənişlər üzrə Hesablaşmalar və Kliring Sistemi”ndə (XÖHKS) üzrə yeni xidmət haqqı tariflərinin tətbinə başlanılır.
Bu haqda Bank dairələrindən BBN.az-a məlumat verilib.
Yeni tariflər iş gününün saatlarına uyğun olaraq differensiallaşdırılıb. Bu fəaliyyət reqlamentlərindən səmərəli istifadə edilməsi məqsədi daşıyır.
Həmçinin ödəniş sənədlərini qəbulu və emalı vaxtı uzadılacaq, bununla əlaqədar AZIPS və XÖHKS üzrə yeni təsdiq edilmiş reqlament ilə fəaliyyət göstərəcəklər.
Bundan əlavə iştirakçı banklar öz sistemlərini XÖHKS üzrə yeni aktivləşdirilmiş birbaşa debetləşmə funksiyasına uyğunlaşdırmalıdırlar.
Yeni reqlamentə görə xidmət haqqlarını differensiallaşdırılması isə təqribən aşağıdakı kimi aparılacaqdır.
Reqlament | Xidmət haqqı |
09:20-15:00 | Baza xidmət haqqı |
15:00- 16:30 | Baza xidmət haqqı + 50% |
16:30 – 17:00 | Baza xidmət haqqı +100% |
bbn©