Azərbaycan Hesablama Palatası bu ilin birinci rübündə imzalanmış satınalma müqavilələrinin məbləğini açıqlayıb.
Belə ki, birinci rübdə satınalma müqavilələrinin cəmi məbləği 54 172 manat təşkil edib. Bu məbləğin 23 239 mantlıq hissəsi nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və xidmətlərin göstərilməsi, 5 181,2 manatı nəqliyyat vasitələrinə yağlama işləri, 13 800 manatı BMW markalı xidməti avtomobilin təmir işləri (bu müqavilə "İmprotex Motors" MMC- ilə bağlanıb), 8 341 manatı çap məhsullarının hazırlanması, 3 610,8 manatı kompüter və ofis texnikasına texniki xidmətin göstərilməsi üzrə bağlanan satınalma müqaviləsinin payına düşüb. Beləliklə, Palata bu satınalma müqavilələri üzrə ehtimal olunan məbləğə 4 562 manat və ya 7,8% qənaət edib.
Qeyd edək ki, maliyyə mənbəyi dövlət büdcəsidir.