Hesablama Palatasında Kollegiya iclası keçirilib.
İclasda “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının verdiyi rəylər müzakirə edilib.
Kollegiya iclasında həmçinin həyata keçirilmiş Azərbaycanın Bolqarıstandakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət büdcəsindən “Azərbaycan Dəmir Yolları“ QSC-nin Həkim-sanitar xidmətinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Apa©