Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
AMB-dən Fed.az-a verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7475 məzənnəsi ilə başlayıb və 1,7525 məzənnəsi ilə yekunlaşıb. Beləliklə, artım 0,3% səviyyəsində olub.