Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 545,3 min dollar pul köçürülüb.
Gürcüstan Milli Bankının yaydığı məlumata görə, bu, 2016-cı ilin yanvar ayı ilə müqayisədə 190,6 min dollar və ya 53,7% çoxdur. 2016-cı ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvarında Gürcüstandan ölkəmizə pul axını 354,1 min dollar və ya 39,4% azalıb.
Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 289,5 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin dekabr ayına nisbətən 934,8 min dollar və ya 63,65% çoxdur. Ötən ilin dekabr ayı ilə cari ilin yanvar ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pul köçürmələrin həcmi 595,6 min dollar və ya 31,5% azalıb.