Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-avqust ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 112,58 faiz əməl edib.
FED.az xəbər verir ki, bu barədə DGK-nın sədri Səfər Mehdiyev deyib.
O bildirib ki, nəzərdə tutulan proqnozdan əlavə 313,97 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.