Goldman Sachs analitikləri hesab edir ki, funt sterlinq bu yaxınlarda düşəcəkdir. Onların fikrincə, BB-nin Aİ-dən çıxması ilə bağlı iyun referendumundan (Brexit) sonra baş verən qəfil enməyə baxmayaraq, britan valyutasının kursu hələ də olduğundan 10% artıq qiymətləndirilir.
Öz icmalında Goldman Brexit-in xarici ticarətə (ilk növbədə BB-nin cari əməliyyatlar hesabının defisitinə) təsirini araşdırır.
"Funtun artıq ucuz olması siqnalı BB-nin iqtisadiyyatınfakı narahatlıqlara məhəl qoymur; qeyd edək ki, bunlar Brexit-in nəticələri ola bilər və potensial cəhətdən funtun ədalətli qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər", -deyə bankın icmalında qeyd edilir.
Analitiklərin sözlərinə görə iyun ayından bəri funtun düşməsi nəticəsində BB-nin cari əməliyyatlar hesabının defisiti 6% ÜDM-dən 3.3% ÜDM-dək azaldı. Bu dinamikanı nəzərə alaraq, britan valyutasının ədalətli qiyməti Brexit qərarı qəbul olunanadək 20% - 40% diapazonu səviyyəsində saxlanacaqdır.
investing.com©