Böyük Britaniya funtunun dollarla müqayisədə məzənnəsi ilin sonuna qədər 25% ucuzlaşa bilər. "Fed.az" "Lenta.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumat "Market watch" maliyyə xəbərləri şirkəti tərəfindən ABŞ-ın "Goldman Sachs" bankının hesabatına əsasən verilib. Bununla da dolların funt sterlinqdən daha baha satıla biləcəyi ehtimal edilir. Belə ki, hazırda 1,2160 olan USD/GBP məzənnəsinin 25% azalaraq 0,9120-ə qədər geriləyəcəyi proqnozlaşdırılır.
Ekspertlər buna səbəb kimi 5 əsas amili açıqlayıblar: Britaniya ilə Avropa İttifaqı arasında aparılan danışıqlarda müşahidə olunan çətinliklər, Britaniyanın iqtisadi göstəricilərinin pisləşməsi, monetar siyasətinin effektivliyini itirməsi, ABŞ-da uçot dərəcəsinin artırılması və funt sterlinqin tarixdə bundan əvvəl 8 dəfə 25% geriləməsidir.