Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 7 faiz və ya 243 milyon manat çox olmaqla 3 milyard 848 milyon manat təşkil edib.
DSMF: Özəl pensiya fondunun yaradılması istiqamətində işlər görülür
FED.az DSMF-nin yaydığı məlumata istinadən xəbər verir ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-iyul aylarında proqnoza nisbətən 9 faiz və ya 243 milyon manat artaraq 2 milyard 985 miylon manat olub.
Həmin dövrdə DSMF-nin xərcləri 3 milyard 513 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 460 milyon manat çoxdur.