2018- ci ildə Azərbaycanda orta əmək haqqının cüzi artımı gözlənilir. FED.az xəbər verir ki, bu barədə dövlət büdcəsi zərfinə daxil olan büdcə proqnozlarında bildirilir.
Sənədlərə əsasən, növbəti ildə orta aylıq əməkhaqqının ötən illə müqayisədə real ifadədə 0,5 faiz artaraq 549,7 manat olacağı proqnozlaşdırılır. Xatırladaq ki, avqust ayının nəticələrinə görə, ölkədə orta əmək haqqı 524 manat təşkil edir.
Ümumilikdə proqnozlara əsasən, ÜDM-nin real ifadədə artımı 1,5 faiz olmaqla 69,4 milyard manat təşkil edəcək.
Gələn ilin büdcə sənədində qeyd olunur ki, qeyri-neft sektorunda ÜDM real ifadədə 2,9 faiz artaraq 47,6 milyard manat olacağı proqnozlaşdırılır.
Özəl sektorun ÜDM-də payı 83 faiz həcmində nəzərdə tutulur. 2018-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,9 milyard manat proqnozlaşdırılır. Bunun da 51,5 faizi daxili investisiyaların, 48,5 faizi isə xarici investisiyaların payına düşür.
Gələn il maaşlar cəmi 0,5% artacaq
18:03
24 Okt 2017