2023-cü il dövlət büdcəsinin gəlirlərinin 53%-i neft sektorunun hesabına formalaşacaq.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının büdcə ilə bağlı rəyində bildiriir.
Palata bildirirki, neftin qiymətinin büdcədə ehtiyatlı yanaşma əsasında götürülməsi şəraitində növbəti ildə dövlət büdcəsində neft sektorunun payı cari ilə nisbətən azalma proqnozlaşdırılıb.
2023-cü ildə dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dolları (2022-ci ildə ilkin olaraq 50 ABŞ dolları, dürüstləşmiş büdcədə 85 ABŞ dolları) nisbətində götürülüb. Nəticədə dövlət büdcəsi gəlirlərinin 16 milyard 297 milyon manatının və ya 53,0%-nin neft sektorunun payına düşməsi proqnoz edilir.
Belə ki, 2023-cü il üzrə neft sektoru üzrə gəlirlərin 11 milyard 280 milyon manatı Dövlət Neft Fondundan transfer ediləcək, 1 milyard 650 milyon manat ARDNŞ tərəfindən ödənilən vergilər, 492 milyon manatının neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü Sazişlərindən mənfəət vergisinin və 2 milyard 875 milyon manat isə Şahdəniz yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisinin payına düşəcəyi ehtimal edilir.