Britaniya funtu üzrə investorlar bu gün 14 oktyabr tarixində İngiltərə bankının rəhbəri Mark Karninin çıxışını gözləyirlər.
Çıxış zamanı tənzimləyicinin yumşaq siyasətə meyl etməsi gözlənilir. Çünki bank maksimal dərəcədə “Brexit”-in mənfi nəticələrinin qarşısını almağa məcburdur.
Sterlinqin dinamikası(inkişafı) üçün Avropa Birliyindən çıxma mexanizminin nə dərəcədə “sərt” olacağı böyük əhəmiyyətə malikdir. Almaniya və Fransanın üstünlük təşkil etdiyi Avropa Birliyi Birləşmiş Krallıq üçün çox mühüm məhdudiyyətlərin qoyulmasına hazırlaşır. Bu yaxınlarda Avropa şurasının başçısı D.Tusk bildirdi ki, Böyük Britaniya Avropa Birliyindən “sərt” çıxışına hazırlaşır. Buna baxmayaraq o, ümid edir ki, Böyük Britaniya höküməti öz qərarını bir daha təkrar gözdən keçirəcəkdir. London və Avropa Birliyinin mövqeləri qeyri-səmimi ola bilər.
İngiltərə mühacirət məhdudiyyətləri məsələlərinə ciddi yanaşır. Buna cavab olaraq, Brüssel onun Avropa Birliyinin maliyyə və ticarət sektorlarına girişini məhdudlaşdıracaq. Bu səbəbdən funtun məzənnəsinin aşağı düşməsi yalnız bu proseslərin nəticəsi deyil, həm də iqtisadiyyatın çökməsindən müdafiə vasitəsinin, ixracın gəlirinin aşağı düşməsi üçün kompensasiya və kapital axınının nəticəsidir. Buna görə orta müddət perspektivində funta təzyiq davam edəcək.
Amma Baş nazir Tereza Meyin sərt nitqi hələlik Parlamentdə müdafiə edilmir. Belə ki, bu, funtu dəstəkləyə bilərdi.
Bununla belə, GBP/USD cütlüklərinin hərəkətində vurğu dollar tərəfindən drayverlərlə yerini dəyişir.
Federal Ehtiyatlar Sisteminin dekabr ayında dərəcələri artıracağı ehtimalı güclənir və demək olar ki, 70% təşkil edir, baxmayaraq ki, bir həftə öncə 60% idi. Bunun daha sonra dolların artmasına stimul verəcəyi ehtimal edilir.
Beləliklə, GBP/USD cütlüklərinin aşağı düşməsi üçün bir sıra amillər müşahidə olunur. Bu da sözügedən alət üzrə qısa mövqeləri üstün edir.
Texniki mövqelərdən funt/dollar cütlüklərinin 1,20 diapazonuna düşməsi daha öncə müşahidə edilməyən əlamətlər - oriyentir, hədəf və dəstək yaratdı. Gələcəkdə isə qiymət bu əlamətlərə doğru yönələcək.
Lakin əvvəlki günlər üzrə müşahidə edilən güclü hərəkət korreksiyaya imkan yaradır. Bu səbəbdən yuxarıya korreksiya zamanı funtun satılması məqsədəuyğundur. Bu, 1,2440-1,2480 diapazonundakı səviyyələr ola bilər.
Burada üfüqi xəttin texniki səviyyəsi Fibonaççi korreksiyalı xətlərin bir yerə yığılması ilə kəsişir.
Böyük Britaniya danışıqları və ya göstəricilərinin müsbət fəaliyyəti və ya valyutaların geniş spektrində dolların korreksiyası zamanı istiqamət daha da yüksəyə - 1,2550-1,2580 səviyyələrinə, yəni dauntrendin trend xəttinin kəsişmə sərhədlərinə, həmçinin FİBO üzrə korreksiyanın daha dərin səviyyələrinə qalxa bilər. Yalnız bundan sonra korreksiya haqqında və 1,2030 məqsədilə aktivin satış barədə danışmaq olar.
teletrade.ru©
Funt Mark Karninin çıxışını gözləyir
17:53
14 Okt 2016