FRS 8 noyabr ABŞ-da prezident seçkiləri baş verəcək müddətə qədər pul-kredit siyasətində dəyişikliklər etməyə də bilər. Bu barədə Filadelfiya federal bankının prezidenti Patrik Xarker cümə axşamı günü söyləmişdi.
O, həmçinin qeyd etmişdi ki, amerikan iqtisadiyyatı heç də "pis" görünmür və əmək bazarı da sabitdir.
Fedrezervin rəsmiləri adətən var gücü ilə elektoral proseslərdən aralıda qalmağa çalışırlar və lakin Xarkerin şərhləri qeyri-adi bir dönüş nöqtəsinə çevrildi. Bununla da mərkəzi bank gərək artıq Ağ evdə hansı namizədin qalib gələcəyi ilə bağlı bir siyasət və strategiyasını işləyib hazırlasın.
Xarker 2017-ci ildə monetar siyasətə həsr ediləcək mərkəzi bank toplantılarında səs hüququ qazanacaqdır.
Onun şərhləri respublikaçılar partiyasından namizəd olan Donald Trampın atəşli çıxışlarına səbəb ola bilir və o, dəfələrlə tənzimləyicini faiz dərəcələrini Barak Obama administrasiyasının maraqları naminə aşağı saxlamaqda günahlandırırdı. Fedrezerv rəsmiləri isə müstəqil olan mərkəzi bankın fəaliyyət və hərəkətlərində siyasətin hansısa bir rol oynadığını inkar edirdilər.
1-2 noyabr tarixləri ərəfəsində baş tutacaq toplantıdan öncə Xarker FRS rəsmiləri ilə birgə keçirilən müzakirələrdə iştirak edir. O, sentyabr toplantısında faiz dərəcələrinin artırılması lehinə olduğunu qeyd etmişdi.
O, təkidlə bildirir ki, Amerikanın siyasi həyatı Fedrezervin daxilində gedən diskussiyalara heç bir təsir göstərmir.
"Məni narahat edir ki, seçkilərin nəticələrindən asılı olaraq əgər bunun ardınca təhrifedici təsir verəcək (hökumət) siyasət aparılarsa, o zaman biz buna reaksiya verməli olacağıq və buna cavab vermək məcburiyyətində qalacağıq." "Və mən vəziyyətin necə inkişaf edəcəyini bilmirəm. Amma ola bilsin ki, ən doğrusu və məqsədəuyğunu məhz bəzi qeyri-müəyyənliklər həll olunanadək gözləmək olacaqdır" deyə Xarker jurnalistlərə bildirmişdir.
Seçkilərin yaxınlaşmasını nəzərə alaraq investorlar faiz dərəcələrinin noyabrda artacağından şübhə edirlər.
Seçicilər arasında aparılan sorğu onu göstərmişdir ki, seçicilərin böyük əksəriyyəti demokrat partiyasından olan namizəd Hillari Klintona üstünlük verir. Bəzi iqtisadçılar isə düşünürlər ki, Tramp qalib olarsa və daxili ticarətdə baryerlərin, maneələrin qoyulması ilə bağlı öz seçkidən qabaqkı vədlərinə sadiq qalıb onları yerinə yetirməyə başlayarsa, o zaman ABŞ iqtisadiyyatına böyük mənfi təsir göstərmiş olacaqdır.
investing.com©