Qızılın qiyməti bu həftə keçiriləcək FRS görüşü, eləcə də ABŞ seçkiləri ərəfəsində yeni aylıq maksimumuna çataraq bahalaşdı.
FBR-ın H.Klintonun elektron poçtu ilə bağlı verdiyi bəyanat fond bazarlarında bu həftə gərginliyi daha da artıraraq qızılın qiymətlərini qaldırdı. Bu sözügedən qiymətli metal artıq digər bazarlarda da risklərdən sığınacaq mənbəyinə çevrilmişdir.
Saat 15:41-də qızılın bir troy unsiyası $1.286,11 dollara satılırdı və bununla da əvvəllər aylıq maksimum hesab edilən $1.284,93 qiymətini yeniləmiş oldu. Qeyd edək ki, bir sessiya bundan əvvəl qızılın bir unsiyası $1.277,28 dollar idi. ABŞ-da qızıl fyuçersləri 11.4 dollar bahalaşaraq $1.284,50 dollar təşkil etdi.
Spot qiymətlər oktyabrda təxminən 3%-dək aşağı düşdü.
Bazarda bütün diqqət FRS-in açıq bazardakı əməliyyatlar üzrə Komitəsinin iki günlük iclasına yönələcəkdir. Qeyd edək ki, sözügedən iclas çərşənbə axşamı günü başlayacaq və ola bilsin, faiz dərəcələrinin qaldırılması barədə hansısa işarələri versin.
investing.com©