ABŞ Federal Rezervi prezident seçkilərindən əvvəl keçirilən son toplantı zamanı çərşənbə günü əsas dərəcəni dəyişmədən saxladı. Habelə, dərəcəni dekabrda qaldıracağına dair də siqnal verdi, çünki iqtisadiyyatın dövriyyəsi artır və inflyasiya sürətlənir.
Mərkəzi bank iş yerləri ilə bağlı vəziyyətin qənaətbəxş olduğunu bildirdi və həmçinin 2%-lik məqsədə doğru hərəkət edən inflyasiyaya dair böyük optimizm nümayiş etdirdi.
"Komitə federal fondlar üzrə dərəcələrin artırılması imkanının güclənməyə davam etməsi məsələsinə baxdı, lakin hələlik bir az gözləmək qərarına gəldi" deyə FRS ikihəftəlik iclasın yekununda bildirdi.
investing.com©