Foxconn Technology Group (Hon Hai Precision Industry) şəxsi çiplərini istehsal etməyə başlayacaqdır. Bu barədə Nikkei nəşrinə şirkətin rəhbəri Terri Qou bildirib.
Qounun sözlərinə görə, Foxconn artıq yarımkeçiricilər sahəsində konsern tərəfindən təzəcə alınmış yapon korporasiyası Sharp (TYO:6753) ilə birgə şəxsi məhsullarının yaradılması üzərində işə başlayıb.
«İndi biz hər iki şirkətin biliklərini inteqrasiya edirik, çünki biz özümüz də çoxlu çipdən istifadə edirik» - deyə, Qou əlavə edib.
O, bildirib ki, nəticədə şirkətlər "Sharp nou-hausundan istifadə etməklə inkişaf və artım üçün çoxlu imkanlar yarada bilərlər», çünki bu şirkət Tayvanda çiplərin istehsalı təcrübəsinə və "gənc çin mühəndislərinin biliklərinə" malikdir. Qou əməkdaşlıqla bağlı heç bir açıqlama verməyib.