Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödəniləcək illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendlərin, diskount istiqrazlarının nominaldan aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 5 ilədək, yəni 2021-ci ilin fevralınadək artırılır.
Bu barədə vegilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında məlumat verib.