"Fitch Solutions” beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu yeniləyib.
Prezident 36,6 milyard manatlıq - BÜDCƏNİ TƏSDİQLƏDİ
FED.az xəbər verir ki, “Fitch Solutions” 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının yenidən maliyyələşdirmə dərəcəsini 9,25% səviyyəsinə qədər artıracağını proqnozlaşdırıb. Bu isə agentliyin aprel proqnozu ilə eynidir.
Agentlik əvvəlki hesabatında bildirmişdi ki, inflyasiyaya təsir edən qiymət təzyiqləri tədricən azalacaq, lakin pandemiyadan əvvəlki 2,5-3,0% səviyyəsindən yüksək olaraq qalacaq.
“Fitch Solutions” həmçinin, manatın məzənnəsinin 2023-cü ildə sabit qalacağını müəyyən edib.
Qeyd edək ki, hazırda AMB-nin uçot faiz dərəcəsi 9.0%, faiz dəhlizinin aşağı həddi 7.5%, yuxarı həddi isə 10.0% təşkil edir. AMB növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını iyulun 26-da açıqlayacaq. (Apa)