"Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Mərkəzi Banka (AMB) 7,5 mlrd. dollarlıq transfert manatın sabitliyinə töhfə verə bilər". Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında Avropa Yenidənqurma və İnkişaf Bankının iqtisadçısı Konstantin Kintsuraşvili deyib.
Onun fikrincə, Mərkəzi Banka transfert manatın məzənnəsinin möhkəmlənməsinə xidmət edəcək.