ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) dekabrın 13-14-də baş tutacağı növbəti iclasında uçot dərəcəsinin artırılmasının tərəfdarıyam. "Bloomberg" agentliyinin yaydığı xəbərə görə, bunu ABŞ-ın Seynt Luis ştatının Federal Ehtiyyat Bankının prezidenti Ceyms Bullard bildirib.
"İnflyasiyanın çox yüksələcəyini indidən demək çox tezdir. Bazarlar dekabr toplantısında uçot dərəcəsinin artırılması ehtimalını yüksək qiymətləndirir. Mən də buna müsbət baxıram. 2017-ci ildə nə baş verəcəyi məlum deyil və bizi düşündürür"- deyə FED-in iclaslarında səsvermə hüququ olan C. Bullard bildirib.
FED rəsmisi əlavə edib ki, yeni seçilmiş prezident Donald Tramp ölkə iqtisadiyyatının inkişafına dəstək verəcək.
Qeyd edək ki, ötən gün ABŞ Senatında çıxış edən FED rəhbəri Canet Yellen dekabrda keçiriləcək iclasda faiz artımının olacağına işarə edib.
Yeri gəlmişkən, birjalarda FED-in dekabrda keçiriləcək iclasında uçot dərəcəsinin artırılması ehtimalı 96%-dək artıb.
Apa©