ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcələrini mart ayının 14-15-də keçirəcəyi növbəti iclasında artırması ehtimalı 52%-ə yüksəlib.
Bu barədə dünya uçot dərəcələri proqnozları adlı maliyyə hesabatında (World Interest Rate Probability) bildirilir.
Qeyd edək ki, bu sənəd uçot dərəcələrinin fyuçers müqavilələrinin dinamikası əsasənda hazırlanır.
Xatırladaq ki, keçən həftə FED-in uçot dərəcələrini artırması ilə bağlı ehtimal 40%, bundan əvvəlki həftə isə 34% təşkil edib. Adətən bu göstəricinin 50%-dən aşağı olması FED-in uçot dərəcələrini artırmağa meylli olmamasını göstərir.