Dollar FBR-in H.Klintonla bağlı cinayət işini açmaqdan imtina etməsindən sonra bazar ertəsi günü aşağı düşdü. Belə qərarın qəbul edilməsinə səbəb isə FBR-in Klintonun şəxsi poçtundan elektron məktubların yeni sızıntısı ilə bağlı təzə məlumatları əldə etməsindən sonra baş verdi. Bu vəziyyət 8 noyabr prezident seçkiləri ərəfəsində demokratların namizədi olan Klintonun mövqeyini gücləndirdi.
FBR bazar günü elan etdi ki, Klintona qarşı cinayət təqibinin açılması üçün əsaslar olmadığından təşkilat öz qərarını dəyişdirmir.
Bazarda düşünürlər ki, keçmiş dövlət katibinin seçkilərdə qələbəsi status-kvonu qoruyub saxlayacaqdır, buna görə də onun xeyrinə olan məlumatlar çox vaxt riskə iştahanı artırır, xarici siyasət, ticarət və immiqrasiya məsələləri ilə bağlı onun rəqibi olan respublikaçı Donald Trampın mövqeyi isə qlobal artım üçün potensial risklərin mənbəyi kimi qəbul edilir.
Saat 9.31-ə olan məlumata görə dollar 1,4% artaraq 104,54 yuana çatdı. Keçən həftə bu valyuta prezident seçkiləri ərəfəsində namizədlər arasındakı mübarizənin güclənməsi barədə yayılan xəbərlər fonunda aşağı düşərək 102,550 yuana çatmışdı.
Avto 0.6% düşərək $1,1068 dollar oldu və bununla da cümə günü müşahidə edilən 4-həftəlik pik qiyməti $1,1143 dollardan geri qalırdı.