Dünyanın ən böyük sosial şəbəkələrindən biri olan "Facebook"un illik gəliri açıqlanıb.
2016-ci ilin noyabr-dekabr aylarında xalis gəlir 129% artaraq 3,57 milyard dollar olub. 2015-ci ilin eyni dövründə gəlir 1,56 milyard dollar idi.
"Facebook"un reklamlardan əldə etdiyi gəlir isə 5,64 milyarddan 8,63 milyard dollara qədər yüksəlib.