Facebook (NASDAQ: Facebook `FB`) şirkətinin xalis gəliri 3-cü rübdə keçən ilin analoji dövrü ilə müqayisədə 166% artaraq 2.37 milyard dollar olmuşdur. Səhm üzrə mənfəət isə 2015-ci ilin 3-cü rübü ilə müqayisədə 0.82 dollar, yəni 165% daha artıq olmuşdur.
3-cü rübdə şirkətin qazancı 56% artaraq 7,01 milyard dollar olmuş və bununla da analitiklərin proqnozlarını üstələmişdi. Qeyd edək ki, analitiklər 6.88 milyard dollar proqnozlaşdırırdılar. Əsas hissəsinin payına düşən reklamlardan gələn gəlir isə 59% artaraq 6,8 milyard dollara çatmışdı.
Messenger mobil tətbiqində reklamlardan gələn qazanc isə reklamlardan gələn bütün qazancın təxminən 84%-ni təşkil edir. Ekspertlərin fikrincə, ilin yekunlarına görə mobil reklamlardan gələn Facebook-un ümumi qazancı əvvəlki dövrlə müqayisədə 22 milyon dollar (və ya 67% daha artıq) təşkil edə bilər.
ru.insider.pro©
Facebook-un xalis gəliri 166% artıb
13:46
3 Noy 2016