ABŞ FRS-in uçot dərəcəsini qaldırması ilə bağlı ehtimallar 72% təşkil edir, bu rəqəm bir həftə bundan əvvəl verilən rəqəmdən 7.5% artıqdır. Bu, FED dərəcəsi üzrə fyuçers dinamikasında öz əksini tapmışdır. Qeyd edək ki, 72% nə az, nə çox bu ilin maksimal səviyyəsidir.
Bəs bu hadisə bazarın əsas valyuta cütünün kotirovkalarına necə təsir edəcəkdir?
Analitiklərin fikrincə, dolların güclənməsi trendi davam edəcək və bugün bu valyuta cütü cari həftənin minimal səviyyəsini nümayiş etdirəcəkdir (1,0850).
Amerikan xəzinə istiqrazlarının gəlirliliyi nəzərəçarpan dərəcədə yüksəlir və bununla əlaqədar belə bir qənaətə gəlmək olar ki, avro üzrə korreksiya başa çatmışdır, buna görə də bugün satışların yeni dalğasını müşahidə etmək mümkün olacaqdır. ABŞ-dan gələn və bu həftə dərc edilən müsbət makroiqtisadi statistikanı nəzərə alsaq, o zaman avro 1,0820 sahəsində qərarlaşmalıdır. Vaxt baxımından bu tendensiya bir az uzansa da, analitiklərin bəziləri bu cütlük barədə öz pessimistik baxışlarını dəyişməyərək düşünür ki, 1 noyabra qədər 1,0820 qiymətini müşahidə etmək mümkün olacaq.
Ticarət qərarı: Sell mövqeyini 1,0900/1,0930-də açmaq və gəliri take profit 1,0850-də götürmək.
freshforex.org©
EUR/USD üzrə 28.10.2016-cı il tarixli FOREKS proqnozu
09:46
28 Okt 2016