Ericsson şirkətinin biznesi (STO: ERIC-B) öz mövqeyində zəifləməyə davam edir: avadanlıq istehsalçısının verdiyi proqnozlara görə onun gəliri 2016-cı ilin III rübündə təxminən 100%-ə qədər düşəcəkdir. Bu barədə Reuters agentliyi xəbər yayıb.
Tələbatın aşağı düşməsi və restrukturlaşdırmaya çəkilən 1.3 milyard kron dəyərindəki xərclərə görə Ericsson gəlir və mənfəətin aşağı düşəcəyini gözləyir. Şirkətin apardığı qiymətləndirməyə görə III rübdə satışlar bu il 14%-dək, yəni 51.1 milyard isveç kronuna qədər (5.79 milyard dollaradək) düşəcəkdir, əməliyyat gəliri isə 93%-ə, yəni 300 milyon krona (34.35 milyon dollara) qədər düşəcəkdir.
İsveç vendorunun satışları telekom şirkətlərinin infrastruktur layihələrinə investisiya qoyuluşlarını azaltmaları səbəbindən aşağı düşür. Qeyd edək ki, mobil şəbəkələrin yeni 5G standartınadək təkamülü hələ ki gözlənilməkdədir. Bundan əlavə, Ericsson şirkətinin rəqibləri olan fin şirkəti Nokia (HEL: NOKIA) və çin şirkəti Huawei (SHE:002502) də ona təzyiq göstərirlər.
Şirkət 3 minə qədər iş yerini ixtisar edəcəyi barədə məlumat yaydıqda böhranın ilk əlamətləri o zaman, yəni bir neçə gün əvvəl meydana gəldi. Ericsson satışları bir çox bazarlarda aşağı düşməyə davam edir, xüsusilə də bu faktor iqtisadiyyatı zəifləyən Braziliya, Rusiya, Yaxın Şərq kimi ölkələrdə özünü büruzə verir. Avropada isə 2015-ci ildə iri layihələrin başa çatmasına görə satışlar zərər gördü.
Çərşənbə günü səhər gedən ticarət sövdələşmələri zamanı Ericsson səhmləri qiymətdə 17.3% aşağı düşdü və öz 8-illik minimumuna çatdı. Nəticədə, şirkət növbəti rübün müsbət rüb olacağını proqnozlaşdıran analitiklərin gözləntilərini doğrultmadı. Saat 10:30 GMT radələrində şirkət səhmlərinin qiyməti 51,1 kron ($2,1) təşkil edirdi, bundan daha əvvəl səhər çağı isə 50,5 kron ($2,08) idi.
insider.pro©
Ericsson səhmləri 8-illik minimumunadək düşdü
11:18
13 Okt 2016