Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mərkəzi bankın faizləri artırması ilə bağlı çağırışlara yenidən cavab verib.
FED.az xəbər verir ki, AK Partiyanın İstanbul Genişləndirilmiş Məşvərət Məclisi Toplantısında çıxış edən Ərdoğan bildirib ki, "Yeni iqtisadiyyat proqramımızı güclü bir infrastruktur üzərində qururuq».
Dövlət başçısı növbəti dəfə faiz artımını qeyri-mümkün sayıb: «Faiz zəngini daha varlı, kasıbı isə yoxsul edir. Faiz səbəb, inflyasiya nəticəsidir. Biz bu çarxı sındırıb milləti öz məqsədinə çatdıracağıq».