Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, dünən axşam canlı yayımda, "Hazırda faizi aşağı salırıq, inflyasiyanın da inşallah düşdüyünü birlikdə görəcəyik" deyib.
Eləcə də bax: Ərdoğan yenə lirədən danışdı: "Bu yoldan dönməyəcəyik"
FED.az xəbər verir ki, Ərdoğanın faiz ilə bağlı mövqeyi Mərkəzi Bankın əsas faizini daha da şağı alacağı gözləntilərini gücləndirib. Bununla əlaqədar olaraq Türk Lirəsi ucuzlaşır.
Beynəlxalq bazarlarda Dollar/TL məzənnəsi 13,95 lirə səviyyəsini görərək rekord qırıb. Avro/ TL məzənnəsi də 15.89-a qalxaraq rekord yeniləyib.
Ərdoğan canlı yayımda bildirib: "İqtisadi təhlükəsizlik milli təhlükəsizliyin bir hissəsidir. Türkiyə iqtisadiyyatı güclüdür. Makro göstəricilərimiz və son dövrdəki iqtisadi performansımız çox yaxşı vəziyyətdədir. Valyuta məzənnələrində gördüyümüz son hərəkətlərin iqtisadi təməli olmadığı açıqdır. Bunu anlayanlar var, anlamayanlar var. İstehsal, sərmayə, məşğulluq, ixracatı inkişaf etdirən siyasətlər ilə ölkəmizin gedərək güclənməsi, müstəqil siyasətlər aparacaq vəziyyətə gəlməsi əlbəttə bəzilərini narahat edir".
Seçki əvvəlinə qədər faizlərdə ciddi azalma olacağını söyləyən Ərdoğan, "təqvim verə bilmərəm" deyib.
"ARTIQ BURADAN DÖNMƏYƏCƏYİK"
"Biz məzənnə-faiz-inflyasiya sarmaşığında yaşamayacağıq" - deyə Ərdoğan belə davam edib:
"Sərmayə və istehsala əngəl olmalarına da icazə verməyəcəyik. Biz bu sarmaşıqdan çıxacağıq. Bu sarmaşıqdan xilas olmağımızı istəməyənlər məzənnə oyunları ilə bizi yenidən bu oyuna çəkməyə çalışırlar. Bu dəfə bunu bacara bilməyəcəklər. Ölkəmiz artıq bu oyunu qırmaq mərhələsinə gəlmişdir və artıq buradan dönməyəcəyik". (Marja)