Gələn il Azərbaycanda ehtiyac meyarının 10,5% və ya 11 manat artırılaraq 116 manata çatdırılması təklif edilir. Bunu Milli Məclisin plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
Onun sözlərinə görə, bu vəsaitin artması hesabına gələn il aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur.
Qeyd edək ki, əvvəlcə gələn il üçün ehtiyac meyarının builki səviyyədə, yəni 105 manat səviyyəsində saxlanılması nəzərdə tutulurdu.