Azərbaycanda əhalinin banklardakı əmanətləri bu ilin iyulun 1-nə 10 596.2 milyon manata çatıb.
Eləcə də bax: Azərbaycanda problemli kreditlər azalıb - RƏQƏMLƏR AÇIQLANDI
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvar-may ayları ilə müqayisədə 0,3% çoxdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə əhalinin banklardakı depozitləri 25,6% artıb.
Belə ki, 2021-ci ilin ilk yarısında bu əmanətlərin həcmi 8435,4 milyon manat təşkil etmişdi. (Apa)