Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 661,2 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda bir bank - KREDİT VERMƏYİ DAYANDIRIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 1,9 % azdır.
Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 8,1 %, son 1 ildə isə 27,7 % azalıb.
İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,5 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,2 %, ötən il iyunun sonuna isə 6% olub. (Report)